Türkiyədə 2 gündə 435 zəlzələ baş verib

8 Fevral 2023 08:09

Qəhrəmanmaraşda baş verən 7,7 ballıq zəlzələdən sonra fəlakət zonasında 435 zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Agentlik bildirir ki, hazırda zəlzələ zonasında 60 217 nəfər şəxsi heyət və 4 746 texniki vasitə işləyir.

Milli.Az