Dünyada misli görünməmiş zəlzələdir - Ərdoğan

8 Fevral 2023 07:46

Zəlzələlər 10 əyalətdə böyük dağıntılara səbəb olub. Mütəxəssislər bu iki zəlzələni dünyada misli görünməmiş yeraltı təkanlar kimi xarakterizə edirlər. Bu zəlzələlər bənzərlərinə nisbətən daha böyük dağıntılara səbəb olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Biz coğrafiyamızın və dünyanın böyük fəlakətlərindən biri ilə üz-üzəyik. Dövlətimiz bütün qurum və təşkilatları zəlzələnin ilk anından fəlakət bölgələrində fəaliyyətə başlayıb. Vətəndaşlarımızın dəstəyi ilə dövlətimizin bütün imkanlarından istifadə edərək axtarış-xilasetmə işlərimizi davam etdiririk. Dağıntılar bölgəsində 53 317 zabitimiz və yardımçı heyətimiz işləyir. Biz də zəlzələdən sağ çıxan fəlakət qurbanları üçün sığınacaqdan geyimə, yeməkdən istiləşməyə qədər tədbirləri mərhələ-mərhələ həyata keçiririk. İndiyədək bölgəyə 54 min çadır və 102 min çarpayı göndərilib", - Ərdoğan söyləyib.

Milli.Az