Ərdoğan zəlzələ bölgəsinə gedəcək

8 Fevral 2023 07:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhər saatlarında zəlzələ bölgəsinə gedəcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

"Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah səhər zəlzələ baş verən ərazilərə gedəcəyəm", - Ərdoğan deyib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Milli.Az