Bayden: "Çin suverenliyimizi təhdid edərsə..."

8 Fevral 2023 07:32

Çinin addımları ABŞ-ın suverenliyini təhdid etdiyi zaman Vaşinqton ABŞ-ı qorumaq üçün hərəkətə keçəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında "Ölkənin vəziyyəti haqqında" illik müraciəti ilə çıxış edərkən deyib.

"Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik, bunu keçən həftə göstərdik", - deyə C.Bayden bildirib.

Milli.Az