Türkiyənin Van əyalətində zəlzələ olub

7 Fevral 2023 23:59

Türkiyənin Van əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

Yeraltı təkanların ocağı 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar barədə məlumat verilməyib.

Milli.Az