Mourinyo Türkiyəyə Terimin fotosunu paylaşaraq dəstək oldu - FOTO

7 Fevral 2023 22:52

İtaliyanın Roma komandasının baş məşqçisi Joze Mourinyo Türkiyədə baş verən zəlzələ ilə əlaqədar həmrəylik mesajı yayımlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Mourinyo bu haqda instaqram hesabında paylaşım edib.

"Qalatasaray"ın və A Milli Futbol Komandasının sabiq çalışdırıcısı Fatih Terimlə çəkdirdiyi fotosunu sosial media hesabında paylaşan 59 yaşlı portuqaliyalı məşqçi fotoya, "Türkiyəli və suriyalı dostlarımı qucaqlayıram",- sözlərini yazıb.

Milli.Az