Yıldız Tilbeni sosial şəbəkələrdə linç etdilər - “Mənim üçün pişiyin və ya itin həyatı ondan önəmlidir”

7 Fevral 2023 22:02

Müğənni Yıldız Tilbe ötən günlərdə "İnsan həyatı təbiətdəki bütün canlılardan daha vacibdir" ifadəsi ilə ictimaiyyətin reaksiyasına səbəb olub.
Yanvarın 30-da evinin qarşısında itin hücumuna məruz qalan 9 yaşlı Mete Durnanın ölümündən sonra müğənni Yıldız Tilbe "İnsan həyatı itin həyatı qədər qiymətli deyil. Allah səbəb olanları cəzasız qoymasın, qulağını tıxayan, gözünü yumanlar xeyir tapmasın" fikirləri ilə gündəmə gəlmişdi.

Milli.Az sfera.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə Yıldız Tilbeyə reaksiyalar gəlməyə davam edir. İnsanlar müğənnini fikirlərinə görə linc ediblər.

Kameralar qarşısında ona yönələn tənqidlərə cavab verən Tilbe "İnsan həyatı təbiətdəki bütün canlıların həyatından daha vacibdir. Belə düşünürəm, bu fikri müdafiə edirəm" ifadəsi ilə skandalı daha bir pilləyə daşıyıb.

Sosial mediada isə Yıldız Tilbeyə olan reaksiyalar durmadan artır.

Milli.Az