Xilasedicilər zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas etdi

7 Fevral 2023 21:38

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsində - Kahramanmaraşda axtarış əməliyyatları davam edir.

Azərbaycanlı xilasedicilər dağıntılar altından 11 nəfəri çıxarıblar.

Eyni zamanda dağıntılar altından 20 nəfərin meyiti çıxarılıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.

Milli.Az