Süleyman Soylu Azərbaycana təşəkkür etdi

7 Fevral 2023 21:26

Türkiyənin daxili işlər naziri Süleyman Soylu yardımdan dolayı Azərbaycana təşəkkür edib.

Bu barədə Süleyman Soylu brifinqdə deyib.

"Hər çətin anımızda Azərbaycan yanımızda oldu. Azərbaycanın göstərdiyi dəstək işimizi asanlaşdırır. Başqa ölkələrdən də yardımlar gəlir, lakin yardım göndərən ilk ölkə Azərbaycan oldu. Hazırda da onlar axtarış-xilasetmə işlərinə davam edir", - nazir qeyd edib.

Milli.Az