Yoluxanların sayı açıqlandı

7 Fevral 2023 20:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 298 vaksin vurulub.

Milli.Az