Eminemin qızı nişanlandı - FOTO

7 Fevral 2023 18:10

Məşhur müğənni Eminemin qızı Heyli Ceyd Skott nişanlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə 27 yaşlı Heyli sosial media hesabında yazıb. O, 7 il münasibətdə olduğu Evan Makklintokdan evlilik təklifi aldığını və ona "hə" cavabı verdiyini açıqlayıb.

Qeyd edək ki, Heyli Eminemin keçmiş həyat yoldaşı Kim Skottdan olan yeganə doğma qızıdır. Reperin 29 yaşlı Alaina və 20 yaşlı Stivi adlı iki övladlığa götürdüyü qızı da var.

Milli.Az