Fransa yenidən öz xislətini göstərdi - Türkiyədəki zəlzələyə sevinən fransızlar

7 Fevral 2023 21:00

Dünən qardaş Türkiyədə baş verən güclü zəlzələ minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, başda ölkəmiz olmaqla, dünya dövlətləri Türkiyəyə müxtəlif formada yardımlar göndərirlər. Türkiyənin belə bir çətin vəziyyətində ermənidan daha çox erməni olmaqla diqqət çəkən Fransa yenidən öz xislətini göstərib.

Fransanın türk-müsəlman düşmənliyi ilə seçilən "Çarli Hebdo" jurnalının tviter hesabında Türkiyədə dağılan binaların, çevrilmiş avtomobillərin əks olunduğu karikatura paylaşılıb.

Karikaturada "Türkiyədə zəlzələ. Tank göndərməyə ehtiyac qalmadı" yazılıb.

Bu müstəsna insafsızlıq, qeyri-insanlıq nümunəsidir. "Çarli Hebdo" jurnalı satiranın çərçivələrini və sərhədlərini davamlı aşır. Körpə uşaqların gec yatdığı yerdə tavan başına uçub, neçə saatdır beton altındadırlar, ölü sayısı hər saat artır, bunlar "ifadə azadlığı" altında hırıldayırlar. Mədəniyyətin, elmin beşiyi donuna girmiş terror və soyqırım, işğal və vəhşilik Fransanın əsl mahiyyətidir.

"Charlie Hebdo" jurnalı Azərbaycana qarşı zaman-zaman təxribatçı materiallar dərc etməkdən də çəkinməyib. Bu jurnalın anti-Azərbaycan, anti-islam möveyində dayandığı sirr deyil.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.

Baş verən təbii fəlakətlə əlaqədar Türkiyə 7 günlük matəm elan olunub.

Milli.Az