Millimizin futbolçusu bir dəqiqəlik sükut zamanı göz yaşlarını saxlaya bilmədi - VİDEO

7 Fevral 2023 20:40

"Eyndhoven" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü bir dəqiqəlik sükut zamanı göz yaşlarına hakim ola bilməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, ikinci liqanın XXI turunda "Villem II" ilə qarşılaşma Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.

25 yaşlı yarımmüdafiəçi həmin an kövrəlib.

Qeyd edək ki, qarşılaşma "Villem II"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ozan Can Kökçü bu görüşdə 90 dəqiqə meydanda olub.

Milli.Az