Tanınmış cütlük də fəlakətin qurbanı oldu - VİDEO

7 Fevral 2023 18:20

Türkiyədə yaşanan fəlakətin qurbanları arasında tanınmış şəxslər də var.

Milli.Az haberler-ə istinadla bildirir ki, hər ikisi voleybolçu olan Betül-Bedrettin Çakır cütlüyü dağıntılar altında qalaraq ölüb.

Qeyd edək ki, Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı üç mindən çoxdur. Ölkədə 7 günlük matəm elan olunub.

İsmayıl
Milli.Az