Qorxunc xəbərdarlıq: Zəlzələlər 1 il davam edə bilər... - VİDEO

7 Fevral 2023 16:00

Xəbər verdiyimiz kimi, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Milli.Az big.az-a istinadən bildirir ki, Van Yüzüncü İl Universitetinin Geofizika Mühəndisliyi Fakültəsinin müəllimi, dosent Dr. Mustafa Toker zəlzələ ilə bağlı qorxunc xəbərdarlıq edib.

Onun sözlərinə görə, Kahramanmaraşdakı kimi zəlzələlər dağıdıcı afterşoklara səbəb olur və bu təkanlar hələ bir il davam edə bilər:

"Bu səbəbdən vətəndaşlarımız çox diqqətli olmalı və evlərinə girməməlidirlər. Yeraltı təkanlar ən az 6 ay davam edəcək. Hətta bir il də davam edə bilər".

Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:

Milli.Az