Həkim mədə xərçənginin ən erkən əlamətini açıqladı

7 Fevral 2023 23:35

Zərərli qidalanma hazırda mədə xərçəngini yaradan əsas faktorlardan biridir.

Badxassəli şiş mədənin iç selikli qişasının hüceyrələnin zədələnməsindən qaynaqlanır.
Bakupost.az xəbər verir ki, qastroenteroloq Anastasiya Qassiyeva mədə xərçənginin ən erkən əlamətini açıqlayıb.

"Xərçəngi yaradan əsas Helikobakteriyadır. Əgər illər əvvəl müayinələrdə bu bakteriya çıxıbsa, belə insanlar risk qrupundadır və mütəmadi yoxlanmalıdırlar. İnfeksiyanı təcili müalicə etmək lazımdır.

İçki içənlər, siqaret çəkənlər, zərərli qidalananlar, xroniki qastrit və xorası olanlar da risk daxilindədir.

Rasionunda təzə meyvə-tərəvəz olmayan insanlarda da belə xəstəlik olur.

Mədə xərçəngi erkən mərhələdə heç bir ağrı vermir. Onun əlamətləri spesifik deyil. Xəstə yüngülvari ürəkbulanma, yorğunluq, zəiflik, iştahsızlıq hiss edə bilər.

Mədə xərçəngini təyin etməyin ən doğru yolu endoskopik zond müayinəsidir.

40 yaşından sonra insan 3-4 ildən bir mədə müayinəsi etdirməlidir.

İstər qadın, istər kişilər eyni risk altındadır".

Milli.Az