Limon, portağal, mandarin yeyəndən sonra dişlərdə nə baş verir?

7 Fevral 2023 21:25

Turş meyvələrin (sitrus meyvələri, turş alma, kivi, ananas və s.) qəbulundan dərhal sonra dişlərn mina qatı turşuların təsirindən həssaslaşır. ,Belə meyvələri yedikdən sonra əvvəl dişləri adi su ilə yaxalamaq, sonra bir müddət gözləmək və yalnız bundan sonra dişləri fırçalamaq lazımdır.

"Medicina" xəbər verir ki, həkimlər dişləri gündə 2, hətta 3 dəfə fırçalamağı tövsiyə edib.

Dişlərə zərər verən yol verdiyimiz səhvlər:

dişləri fırçalayanda çox bərk sürtmək

tum çıtlamaq, konfet, bərk qidaları yemək və s. Bunun nəticəsində emalın üzərində mikroçatlar əmələ gəlir ki, bu daha sonra kariesin inkişafına səbəb olur.

əsasən yumşaq yeməkləri, emal olunmuş qidaları yemək. Bu, diş və damaqları zəiflədir. Çeynəmə prosesi diş və damaqlar üçün bir növ idman rolunu oynayır. İnsanlar təzə meyvə, tərəvəz, göyərti, bişmiş ət kimi qidaları yeməlidir.

Milli.Az