Azərbaycanda qadınlardan ibarət ilk sapyor heyəti yaradılacaq

7 Fevral 2023 15:39

"Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək" layihəsi çərçivəsində qadınlardan ibarət sapyor heyəti yaradılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün ANAMA-nın imkanlarının artırılmasına dəstək" layihəsinin təqdimatına həsr olunmuş tədbir​ zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə deyib.

Onun sözlərinə görə, gələcəkdə QHT tərəfindən tənzimlənəcək digər minatəmizləmə heyətlərinin də yaradılacağı gözlənilir.

"Bundan başqa, agentliyimizin informasiya sistemi müasirləşdiriləcək", - o əlavə edib.

Milli.Az