Biləsuvarda ana və 3 övladı dəm qazından zəhərlənib

7 Fevral 2023 12:48

Biləsuvarda ana və 3 övladı dəm qazından zəhərlənib.

Milli.Az xəbər ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

1985-ci il təvəllüdlü Günel Məmmədova və onun övladları - 2007-ci il təvəllüdlü Məleykə Məmmədova, 2015-ci il təvəllüdlü Arzu Məmmədova və 2012-ci il təvəllüdlü Rəvan Məmmədov dəm qazından zəhərləniblər.

Onlar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az