Şirvanda heroin satan qadın həbs edildi - FOTO

7 Fevral 2023 10:50

Şirvanda heroin alveri ilə məşğul olan qadın yaxalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, polislər Elnarə Həsənzadəni saxlayıb.

Axtarış zamanı önun üzərindən müxtəlif çəkilərdə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Cinayət işi açılıb, Elnarə Həsənzadə həbs edilib.

Milli.Az