Türkiyə sərhədi PKK tərəfindən atəşə tutulub

7 Fevral 2023 10:32

Terror təşkilatı PKK, PYD Suriyanın Tell Rıfaat bölgəsindən Türkiyənin Öncüpınar Sərhəd Qoşunlarının nəzarətində olan bölgəyə atəş açıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter"də yazıb.

"İnsanlıqdan xəbəri olmayan PKK, PYD terror təşkilatı zəlzələdən istifadə edərək Suriyanın Tell Rıfaat bölgəsindən Türkiyənin sərhəd bölgəsinə atəş açıb. Hərbçilərimiz arasında itki olmayıb və terrorçuların hədəfləri atəşlə susdurulub" - nazirlik qeyd edib.

Milli.Az