Bakıda 43 yaşlı kişi küçədə bıçaqlandı

7 Fevral 2023 10:13

Bakıda 43 yaşlı kişi küçədə bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki "Lökbatan dairəsi" adlanan yerdə baş verib.

Naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

RPİ-də araşdırmalar aparılır.

Milli.Az