Qəbələdə polis qəza törətdi, ölən var

7 Fevral 2023 09:25

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Qəbələ Reabilitasiya Mərkəzinin qarşısında qeydə alınıb.

Polis əməkdaşı Məmmədov Mənsur Rəmzi oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Məmmədov Rəhim Rəşid oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil və Mikayılov Ələsgər İmam oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib, sürücü Rəhim Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az