"Xəbərlər bu bölgəni göstərmir, insanlar can verir" - Günel Zeynalovadan HƏYƏCAN TƏBİLİ - FOTO

7 Fevral 2023 10:43

Müğənni Günel Zeynalova Adıyaman şəhərinin Gölbaşı rayonunda dağıntılar altında qalan şəxslər üçün yardım istəyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək insanların soyuqdan donaraq can verdiklərini bildirib:

"Gölbaşına hələ ki, yardım çatmayıb. İnsanlar 11 saatdır çöldədirlər. Təcili yardım istəyirlər. Xəstəxanalar zərər görüb, yollar bağlıdır. Dağıntı altında qalan insanlar yaşayırlarsa da, donaraq can verirlər. Yardım qüvvəsi azdır, insanlar çatdıra bilmirlər. Xəbərlər bu bölgəni heç göstərmir. Heç kimlə əlaqə yaratmaq mümkün deyil. Onlara təcili dəstək göndərmək lazımdır. Yoxsa, ölüm zəlzələdən yox, soyuqdan olacaq".

Milli.Az