Elnarə Türkiyədəki zəlzələnin süni yaradıldığını düşünür

7 Fevral 2023 15:51

Müğənni Elnarə Xəlilova Türkiyədə minlərlə insanın ölümü ilə nəticələnən fəlakətlə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında alim Nikola Teslanın ilk süni zəlzələ təcrübəsi haqda yazıya reaksiya verib.

İfaçı Türkiyədəki faciənin də bu yolla baş verə biləcəyini düşünüb.

"Bununla bağlı bir fikri olan varmı? Sizcə də Türkiyədə zəlzələni süni yarada bilərdilərmi? Əgər həqiqətən də belədirsə, Allah bu zülmü götürməz. Allah tezliklə cinayətkarların bəlasını versin, amin", - deyə, Xəlilova qeyd edib.

Məlumat üçün bildirək ki, Tesla Nyu-Yorkdakı laboratoriyasında keçirdiyi təcrübədə Rixter şkalası üzrə 5 bal gücündə süni zəlzələ yarada bilmişdi. Lakin daha sonra bunun qorxulu və lazımsız olduğu deyilərək rədd edilmişdi.

Milli.Az