Adıyaman şəhərində 5,3 bal gücündə zəlzələ olub

7 Fevral 2023 08:43

Türkiyədə daha bir zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri yerli vaxtla saat 06:13-də Adıyaman şəhərinin Gölbaşı rayonu olub.

Yeraltı təkanların gücü 5,3 bal olub.

Zəlzələ yerin 8,13 kilometr dərinliyində baş verib.

Milli.Az