Zəlzələdən əziyyət çəkənlər çadırlarda gecələyəcək

7 Fevral 2023 08:14

Qəhrəmanmaraşda güclü zəlzələdən əziyyət çəkən ailələr üçün çadırların quraşdırılmasına başlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, əsgərlər tərəfindən ümumilikdə 4899 çadırın quraşdırılması nəzərdə tutulur.

Zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri olan Malatyada vətəndaşlar burada yerləşən Mərkəzi İdman Salonunda gecələyəcəklər.

Milli.Az