Saakaşvili: Mənə ölüm hökmü verdilər!

7 Fevral 2023 08:52

Mən faktiki olaraq ölüm hökmü almışam və ölümcül xəstəliklərlə həbsdə qalacağam.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili deyib.

O, barəsində iki aya yaxın davam edən məhkəmə prosesini tamamən zarafat adlandırıb.

Qeyd edək ki, ötən gün Tiflisdə baş tutan məhkəmə prosesində Saakaşvilinin vəkillərinin vəsatəti təmin edilməyib.

Milli.Az