Klub direktoru və oyunçudan hələ də xəbər yoxdur

7 Fevral 2023 08:33

"Kristian Atsu və idman direktorumuz Taner Savut təəssüf ki, hələ də dağıntılar altındadır. Axtarış davam edir. Onlara qovuşa bilsək, sanki dünya bizim olacaq".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  bunu "Hatayspor" klubunun meneceri Mustafa Özat deyib.

O bildirib ki, hazırda Hatay köməyə daha çox ehtiyacı olan bölgədir:

"Biz kömək gözləyirik. Zəlzələ bölgələrində hər kəsin köməyə ehtiyacı var, amma Hatayda köməyə böyük ehtiyac var. Dualara ehtiyacımız var", - deyə klubun sözçüsü deyib.

Xatırladaq ki, dağıntılar altında qalan klubun futbolçusu Burak Öksüz və məşqçi Gökhan Kağıtcıoğlu xilas edilib.

Milli.Az