“Hatayspor”un legioneri dağıntılar altından çıxarıldı

7 Fevral 2023 07:35

"Çelsi", "Nyukasl" və "Porto"nun sabiq futbolçusu, hazırda "Hatayspor"da çıxış edən Kristian Atsu Türkiyədə baş verən zəlzələdən sonra dağıntılar altından sağ tapılıb.

Bu barədə "A Bola" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Qana millisinin 31 yaşlı futbolçusu artıq xəstəxanaya yerləşdirilib.

Afrikalı futbolçu sağ ayağından zədə alıb və nəfəs almaqda çətinlik çəkir.

Milli.Az