Ruslar üç istiqamətdən hücuma hazırlaşır - Qayday

6 Fevral 2023 23:47

Rusiya qoşunları Ukraynanın Luqansk vilayətində üç istiqamətdə hücuma keçə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O bildirib ki, ruslar hələ ki, genişmiqyaslı hücuma keçməsə də, buna hazırlaşırlar.

Qaydayın sözlərinə görə, Rusiya hərbçiləri Ukrayna tərəfinin zəif nöqtələrini axtarmağa çalışır.

Milli.Az