Rusiya xilasediciləri Türkiyəyə yola düşüb

6 Fevral 2023 23:28

Rusiya xilasediciləri təyyarə ilə Türkiyəyə yola düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin "An-148" təyyarəsi xilasedicilər və nazirliyin əməliyyat qrupu ilə birlikdə dağıdıcı zəlzələnin nəticələrinə yardım etmək üçün Moskva yaxınlığındakı Jukovski hava limanından Türkiyəyə yola düşüb.

Bildirilib ki, Rusiya FHN-in xüsusi reysi Adanaya uçub.

Milli.Az