Trüdo Türkiyədəki zəlzələdən danışdı

6 Fevral 2023 23:34

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin zəlzələnin fəsədlarının aradan qaldırılmasına dəstək məqsədilə Türkiyəyə kömək etməyə hazır olduğunu bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Castin Trüdo bu barədə sosial media hesabındakı paylaşımında yazıb:

"Türkiyə ilə Suriyadan gələn xəbər və görüntülər acınacaqlıdır. Fikrimiz bu böyük zəlzələlərdən zərər çəkən hər kəsin yanındadır. Qəlbimiz yaxınlarını itirənlərlədir. Kanada yardım göstərməyə hər an hazırdır".

Milli.Az