Yunan baş nazirdən Ərdoğana: Yardıma hazırıq!

6 Fevral 2023 22:37

Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Miçotakis həlak olanların yaxınlarına və Rəcəb Tayyib Ərdoğana başsağlığını bildirib.

O, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ölkəsinin Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Milli.Az