Türkiyədə zəlzələ ilə bağlı BƏDBİN PROQNOZ

6 Fevral 2023 22:16

Bölgələrdə ardıcıl sarsıntılar yaranmağa davam edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ və risk azaltma müdürü Orhan Tatar bildirib.

O qeyd edib ki,185-dən çox ardıcıl sarsıntılar oldu. Bunların bir çoxu 5 baldan çox idi.

"6445 nəfər dağıntılar altından xilas edilib. Bölgələrdə xilasetmə işləri davam etdirilir",- deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Milli.Az