Rusiya büdcəsində 25 milyard dollarlıq kəsir - Xərclər kəskin artıb

6 Fevral 2023 23:11

2023-cü ilin yanvar ayında Rusiyanın dövlət büdcəsində 1,76 trilyon rubl (təxminən 25 milyard dollar) həcmində kəsir yaranıb.

Milli.Az bildirir ki, musavat.com Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yanvar ayında büdcəyə 1,356 trilyon rubl gəlir daxil olub. Bu, 2022-ci ilin ilk ayındakı göstəricidən 35 faiz azdır.

Rusiya büdcəsindən yanvar ayında 3,117 trilyon rubl təşkil edib ki, bu da ötən ilkindən 59 faiz çoxdur.

Rusiya Maliyyə Nazirliyi ilin ilk ayında büdcə xərclərinin kəskin artımını sifariş müqavilələrinin operativ bağlanması və onlar üzrə əvvəlcədən ödənişlərin həyata keçirilməsi ilə əsaslandırır. Nazirlik hansı sifarişlərdən bəhs etdiyini açıqlamır, lakin onların Ukraynada aparılan müharibə ilə bağlı olduğu aydındır.

Milli.Az