“Blokada” nağılı və Ermənistandan Qarabağa növbəti get-gəllər

6 Fevral 2023 22:26

Fevralın 6-da daha 18 nəfər Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə Ermənistandan Qarabağa qayıdıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki,bu barədə nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni erməni mediasına bildirib. Əlavə olunub ki, eyni gündə 15 nəfər Qarabağdan Ermənistana aparılıb.

Qeyd edək ki, bu gün Rusiya hərbçiləri də yük maşınları ilə Xankəndiyə ərzaq və yanacaq məhsulları daşıyıb. Bütün bunlara baxmayaraq, ermənilər "blokada" nağılını davam etdirirlər.

Milli.Az