İskenderun limanından yaralılar Mersindəki xəstəxanalara aparılacaq - Hulusi Akar

6 Fevral 2023 21:54

İskenderun limanından yaralılar Mersindəki xəstəxanalara aparılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib.

"TCG İskenderun gəmisi bu gecə İskenderun limanına yanaşaraq yaralıları Mersindəki xəstəxanalara çatdıracaq",- deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Milli.Az