İdmançının meyiti uzun axtarışlardan sonra dağıntılar altından tapıldı - VİDEO

6 Fevral 2023 21:48

Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan "Yeni Malatyaspor" klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə klubun keçmiş prezidenti Adil Gevrek məlumat verib.

O bildirib ki, Ahmet Eyüp Türkaslanın həyat yoldaşı dağıntılar altından sağ çıxarılsa da, futbolçu üçün bu mümkün olmayıb.

Uzun axtarışlardan sonra onun cansız bədəni dağıntılar arasında tapılıb.

Milli.Az