Türkiyənin Gəncədəki Konsulu görün nələr söylədi

6 Fevral 2023 21:33

Gəncə və ətraf bölgələrdə Türkiyə Respublikasının vətəndaşları yaşayır. Onlar müxtəlif sahələrdə çalışmaqdadır. Onların arasında həmçinin, tələbələr də var.

Türkiyədə baş verən zəlzələ sonrası paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yaşayan qardaş ölkənin vətəndaşlarının müraciətləri operativ qaydada cavabldırılacaq və lazmı yardım göstərciləcək.

Milli.Az bildirir ki, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəp Öztop bu istiqamətdə fəaliyyət üçün diplomatik korpusun hazır olduğunu musavat.com müxbirinə deyib. Hələ ki, bənzər müraciətlər qeydə alınmasa da, Türkiyə vətəndaşlarına hər cür dəstək veriləcək.

Məlum hadisədən sonra isə Türkiyənin Gəncədəki Baş Konsulluğuna ziyarətə gələnlərin sayı artmaqdadır. Hər kəs qardaş ölkənin acısını paylaşmaq üçün diplomatik korpusa yaxınlaşır. Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop diqqətə görə ziyarət edənlərə minnətdarlıq bildirib.

Məlumat üçün arayış verək ki Türkiyənin 10 bölgəsində 7.7 bal şiddətində zəlzələ baş verib. Açıqlanan son məlumata əsasən, 1541 insan həyatını itirib, 33 min nəfərdən çox yaralanıb. Rəqəmlərin artacağı istisna olunmur.

Milli.Az