Azərbaycan bu çətin günlərdə də Türkiyənin yanındadır - Ceyhun Bayramov

6 Fevral 2023 21:00

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə baş verən dəhşətli zəlzələ ilə bağlı öz "Twitter" səhifəsində paylaşım edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda bildirilib:

"Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır", - deyə nazir qeyd edib.

Milli.Az