Əyyaş Lenini oğurlamaq istədi

6 Fevral 2023 20:47

Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Qırmızı Meydanda yerləşən Mavzoleydən Vladimir Leninin cəsədini oğurlamağa cəhd edən sərxoş şəxs saxlanılıb.

Milli.Az TASS-a istinadən bildirir ki, hadisə yerinə təcili yardım çağırılıb. Həkimlər saxlanılan şəxsdə sərxoşluq fonunda psixi pozğunluq aşkarlayıblar.

Milli.Az