Süni zəlzələləri kimlər və necə yaradır? - Türkiyəyə qarşı tektonik silah işə düşdü? - FOTO

6 Fevral 2023 17:59

Ta qədim zamanlardan zəlzələ hökumətlərin qorxduğu ən güclü fəlakətdir. Çünki zəlzələlər sunamilər yaradır, yerin qatlarını dəyişir, saysız-hesabsız insan itkisinə, şəhər və kəndlərin çökməsinə, infrastrukturun tamamilə dağılmasına səbəb olur.

Lakin 30 ildən çoxdur ki, zəlzələlər siyahısına süni zəlzələlər də əlavə olunub.

Bakupost.az süni zəlzələ, eləcə də tektonik silahlarla bağlı məlumatları təqdim edir:

Süni titrəyişdən praktikada müxtəlif məqsədlər üçün istifadə olunur. Bu metod daha çox neft sənayesində kəşfiyyat işləri, neft və qaz mənbələrini aşkarlamaq üçün olunub. Metod belə tətbiq olunur: geofiziklər Yerin müəyyən qalınlıqda qatlarına seymsovibratorlarla dalğa göndərərək orda təzyiqi süni şəkildə qaldırır, bu da çox güclü dalğalar yaradaraq, daha dərinə təsir edir, dalğa yolu üstündəki müxtəlif tərkibli maneələrlə rastlaşdıqda fərqli titrəyişlər verir. Bu dalğalar yerin dərin qatlarındakı qaz, boşluq, su və ya neftlə zəngin laylarla və s. qarşılaşa bilər.
20 ildən artıqdır ki, dünyanın iri dövlətlərində zəlzələ modelləşdirilməsi tədqiqatları aparılır. ABŞ, Avropa, Yaponiyanın seysmoloji institutları fəlakət imitasiyaları və seysmoloji kəşfiyyat üçün avadanlıq, müasir cihaz və proqramlaşmaya malikdir.
Adətən, belə mərkəzlər seysmoloji cəhətdən aktiv ərazilərdə qurulur. Məsələn, Rusiyada bu mərkəz Baykal gölü yaxınlığındadır. Çünki burda yer nüvəsi daha nazikdir və maqma yer səthinə çox yaxındır. 2014-cü ildə bu ölkənin alimləri seysmlik halları imitasiya edən modelləşdirmə cihazını sınaqdan keçiriblər. 600 kq-lıq plitə təbii çatlarda yerləşdirilir, cihazla ona dalğa ötürülür və vibrasiya yaranır.
Belə təsiredici dalğa və ya zərbəni xüsusi mobil platformalardan idarə etməklə həssas yer qabığı sahələrində yaratmaq mümkündür. Sovet İttifaqında ilk belə seysmoloji sistem 1970-ci illərdə Ural platformalarında, daha çox Sibirdə quraşdırılmışdı.
Bu gün isə ən müasir, ən güclü seysmovibrator və proqramlaşma ABŞ-a məxsusdur. İndustrial Vehicles International (IVI), İNOVA şirkətləri bu sahədə birinci yerdədir. Fransanın Sercel kompaniyası isə Minivib, HEMİ və ATSİ kimi vibrasion avadanlıqlar üzrə ikinci yeri tutur. Təsəvvür edin ki, bu vibratorlar 12, 28 ton ağırlığındadır.
Planlaşdırılmamış süni zəlzələlər insanların neft, qaz və s. əldə etmək üçün yerin strukturunda etdiyi süni dəyişikliklərdən də qaynaqlanır. Belə zəlzələlər Rusiya və Hindistanda baş verib.
Amma insan əli ilə - xüsusi proqram və tektonik silah vasitəsiləa istənilən yerdə zəlzələ yaratmaq üçün yerin lazımi laylarına nüvə partlayışı gücündə təsir etmək tələb olunur. Belə bir mexanizm həm Sovet İttifaqı, həm də ABŞ, Yaponiya və Çində alimlər tərəfindən işlənib hazırlanırdı.
Bu texnologiyalar insanlığı, Yer kürəsini xilas etmək, müəyyən fəlakətlərin qarşısını almaq niyyəti ilə düşünülsə də, sonradan siyasətçilər və dünya güclərinin əlində siyasi məqsədlər üçün tektonik silaha çevrildi.
Yer kürəsinin fizikası üzrə laboratoriyanın üzvü Gennadiy Sobolyov bildirib ki, belə proqram və cihazlar uzaq məsafəyə təsir edə bilməz. Hansısa ölkədə zəlzələ yaratmaq üçün gərək həmin chiazlar o ölkənin tektonik yarıqlarında yerləşdirilsin, orda partlayış və dalğa yaradılsın.


Haiti və Yaponiyadakı zəlzələnin izi ilə...

Bir çox siyasətçilər bildirir ki, süni zəlzələləri təşkil etmək asandır. Amma bu maqnitudada zərbələr yaratmaq üçün meqaton gücündə nüvə yükü tələb olunur. Məsələn, 2010-cu ildə Haitidə baş vermiş yeraltı təkan son 30 ilin ən dağıdıcı zəlzələ idi. 7,5 bal gücündə zəlzələdə 15 təkan qeydə alınıb. Haitidə belə zəlzələ axırıncı dəfə 1751-ci ildə olmuşdu. 2010-cu ildəki zəlzələdə 200 min inan ölmüşdü. Paytaxtın 50%-i tam dağılmışdı.

Bu zəlzələdən dərhal sonra ABŞ gəmiləri humanitar yardım adıyla Haiti sahillərinə yan aldı, hərbi gəmilərdə 20-30 min hərbçidən ibarət ordu qüvvələri vardış OnlarPort-o-Prens hava limanını nəzarətə götürüb, limanları zəbt etmişdi. Bu hadisə Avropa, Braziliya və Fransanı narahat etmişdi.

Hətta avropalı nazirlər BMT-ni hərəkətə keçməyə çağıraraq, ABŞ-ın Haitini rəsmən işğal etməsinə göz yummamağa çağırmışdı.
Bundan sonra Haitidəki zəlzələnintektonik silahlar nəticəsində süni olaraq törədildiyi deyildi. Məhz Haiti zəlzələsi Amerika xüsusi xidmət orqanlarının təbii fəlakət ssenarisi üzrə ilk dəfə reallaşan tektonik hücumu kimi tarixə düşdü.

Siyasətçilərin fikrincə, süni olaraq yaradılan qlobal fəlakətlər Amerika hərbçilərinin digər ölkələri zəbt etməsini əsaslandırmağa imkan verir.

Amma digər tərəfdən, tektonik silahın həm də seysmoloqların hansısa ölkədə yaxın müddətdə baş verəcək zəlzələləri proqnozlaşdırması üçün də istifadə olunur. Əbəs yerə demirlər ki, xəbərdar olmaq xilas olmaqdır. Baş verəcək zəlzələləri öncədən bilmək ABŞ xüsusi xidmət orqanlarına imkan verir ki, onlar lazım olduqda hansısa ölkəyə "humanitar yardım aparıb" ordusuyla onun ərazisinə daxil olsunlar.

2011-ci il Yaponiya zəlzələsinin də hərbi texnologiya ilə tərədildiyinə dair təhlillər var. Yaponiyadakı zəlzələ təbii ssenaridən kənar idi və təkanlar indiyə kimi davam edir.

Bəzi mənbələr hesab edir ki, artıq nüvə hücumları yerüstü yox, məhz yeraltı aparıla bilər. Məsələn, iddia edilir ki, Yaponiya zəlzələsi faktiki olaraq ABŞ tərəfindən nüvə hücumu idi. Bu, həm də dünyanın mənzərəsini dəyişir.

Belə ki, High Frequency Active Auroral Research Programın (HAARP) rəsmi saytında 2,5 hers tezliyində siqnalın translyasiyasının zəlzələdən bir neçə saat öncə yox, 2 gün öncədən ötürüldüyünü görmək olar.

Alimlər bildirir ki, 2 gün əvvəl bu dalğaların ötürülməsinə baxmayaraq, həmin vaxt Yaponiyada zəlzələ baş verməmişdi. Zəlzələlərin təbii rezonans titrəşimi 2,5 Hers tezliyində olur. ABŞ-ın hərbi qüvvələrində xidmət edən alimlər Alyaskadakı HAARP antenlərini müşahidə etdikdən sonra 2,5 hers gücünü kəşf etmişdilər.

HAARP maqnitometrinin bazasındakı məlumatlar bir daha sübut edir ki, Yaponiyadakı 2011-ci il zəlzələsi və ardıyca dəhşətli sunami təbiət hadisəsi deyildi.

ABŞ-da HAARP-ın üzən platforması var, o platforma Sakit və Atlantik okeanında hərbi aviasiya daşımaq platforması kimi maskalanaraq istənilən yerə daşına, aparıla bilər.
Məsələ burasındadır ki, HAARP proqramı məxfi deyil, sirr saxlanılmır. O dünyaya açıq texnologiyadır və rəsmi saytı üzərindən orda aparılan tədqiqatlar nümayiş etdirilir.
Eyni zamanda Çin alimləri Yaponiyadakı zəlzələnin məxfi sualtı və yeraltı nüvə sınaqlarının uğursuz gedişı nəticəsində yarandığını da irəli sürüblər. Daha sonra "Fukusima-1" atom elektrik stansiyasındakı qəzanı isə səhnələşdirərək, əsl səbəbi bununla ört-basdır ediblər.

Сhina Value saytında onlarla ekspert bu zəlzələ barədə fikirlərini, sübutlarını gətirərək, onun təbii yox, texnogen mənşəli olduğunu sübut etmişdilər.

Seçkidən öncə tektonik xəbərdarlıq?

Tektonik fəlakətlər yaradan texnoloji sistemlərin olduğunu, iri dövlətlərdə elmi və seysmoloji araşdırma üçün yaradılmış proqramların hərbi güclərin əlinə keçdiyini nəzərə alsaq, Türkiyədə yaxın 5 il üçün dünyanın siyasi, hərbi mənzərəsinə təsir edəcək seçki öncəsi böyük masştabda təbii fəlakətin baş verməsi onun təbiətin işi olduğunu şübhə altına alır. Yaponiya və Haiti zəlzələsindən sonra seysmovibratorlar daha da inkişaf edib, daha güclü mexanizmlər yaradılıb.
Əgər tektonik silahla Yerin altından istənilən ölkənin müəyyən ərazisinin yerləşdiyi tektonik lövhələrə təsir etmək praktiki olaraq mümkündürsə, hər hansı siyasi məqsədlər üçün bundan istifadə ediləcək.

Türkiyədəki zəlzələlərin süni ola biləcəyini elə bu ölkənin seysmoloqları da istisna etmir. Onların fikrincə, amerikalı Nikola Teslanın 1900-cü illərdə kəşf etdiyi "aşağı frekanslı elektromaqnit dalğaları ilə yüksək enerji nəqli" metodu süni zəlzələ yarada bilir.

Nikola Teslanın müasir davamçısı isə İlon Maskdır. Bu işdə onun barmağı varmı? Bunu zaman göstərəcək. Bəs, süni zəlzələlərin törədildiyi ölkənin rəhbəri bununla hansı mesaları alır? Bu mövzunu isə siyasətçilər şərh edə bilər.

Milli.Az