Gimnastlarımız Macarıstanda beynəlxalq turnirdə mükafat qazanıblar - FOTO

6 Fevral 2023 16:58

Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü Alina Məmədova Macarıstanda keçirilən "Gracia Fair Cup" beynəlxalq turnirində bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha sonra turnir çərçivəsində yarışlarda yığmamızın üzvü Fidan Qurbanlı qızıl medal qazanıb. Azərbaycanlı gimnast Şəms Ağahüseynova çənbərlə, Leyli Ağazadə isə iki çənbər və topla hərəkətlə finala yüksəliblər.

Milli.Az