Qurban Yetirmişli zəlzələ ilə bağlı tikinti şirkətlərinə xəbərdarlıq etdi

6 Fevral 2023 13:57

8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, xüsusi dəmir-beton kalonlar var, onların ölçüləri, armaturlar, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır:

"Əgər 8 ballıq zonada bina 1 milyona başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər".

Milli.Az