Zəlzələ nəticəsində 3 şəhidimiz və yaralılarımız var - Hulusi Akar

6 Fevral 2023 13:15

Silahlı Qüvvələr olaraq dəyən ziyanın və itkilərin müəyyən edilməsi istiqamətində səylərimizi davam etdiririk.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

"Təəssüf ki, 3 şəhidimiz, yaralımız var", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.

Milli.Az