Türkiyə məktəblərində bir həftəlik tətil elan edildi

6 Fevral 2023 11:56

Bu gün baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə məktəblərində bir həftəlik tətil elan edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, tətilin uzadılıb-uzadılmayacağı müzakirə olunur.

Qeyd edək ki, səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az