"Kapital Bank" komandası böyük hesabla qalib oldu

6 Fevral 2023 11:22

Fevral ayının 5-də İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti verilişi baş tutub.

Sayca iyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. 

İlk yarışmada bir reytinq xalı uğrunda yarışan komandalar - Naxçıvan Dövlət Universutetinin (NDU) və Azərbaycan Dillər Universitetinin (ADU) komandaları olub. Oyun "NDU"nun 5:0 qələbəsi ilə başa çatıb. "NDU"nun rəqibi isə "Şəki" komandası olub. Bu yarışmada sualların tərtibi və verilən cavablar xüsusilə maraqlı idi. Maraqlı oyun "Şəki" komandasının qələbəsi ilə nəticələnib. Onlar isə rəqib kimi "Kapital Bank" komandasını seçiblər. Bu oyunda "Kapital Bank"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn-rinq" izləyiciləri. Əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın. 

Ötəndəfəki suala cavab verən izləyicimizin adını elan edirik - Nəbi Əliyev.

Düzgün cavab isə belədir: 

Əliağa Vahid! "Vahid" Azərbaycan dilində "bir", "unikal" mənalarını verir. 

Növbəti sual isə belədir:

Bu dramaturq xatırlayırdı ki, "mən də, o da Tiflisdə olarkən "Şeyx Sənan" üzərində çalışırdıq". Həm dramaturqun, həm də onun haqqında danışdığı şəxsin kim olduğunu yazın.

Sualın cavabını bu ünvana göndərə bilərsiniz:

[email protected]

Azər Nuriyev
Milli.Az