Zelenski: Türkiyəyə lazımi yardımı göstərməyə hazırıq

6 Fevral 2023 10:56

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə Zelenski "Twitter"də yazıb.

"Prezident Ərdoğana, türk xalqına və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən şəxslərin ailələrinə başsağlığı verirəm. Bu ağır zamanda Türkiyə xalqının yanındayıq. Dağıntıların nəticələrini aradan qaldırmaq üçün bütün lazımi yardımı göstərməyə hazırıq", - Zelenski qeyd edib.

Milli.Az