Hatayda zəlzələdən sonra partlayış olub, yanğın başlayıb - VİDEO

6 Fevral 2023 10:26

Türkiyənin Kahramanmaraş şəhərində baş verən verən zəlzələ nəticəsində Hatayın Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz boru xəttində partlayış olub və yanğın baş verib.

Milli.Az bu barədə Trend-ə istinadən istinadən xəbər verir.

Kəndin 200 metr dərinliyində aralarında 3 km məsafə olan iki ayrı nöqtədə zəlzələ nəticəsində partlayış olduğu və yanğın baş verdiyi bildirilir.

Məlumata görə, yanğın hələ də davam edir.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.

Milli.Az